İdman

Futbolçularımızın nəhəng klublara transferinə kim MANE OLUR? - VİDEO

02 Aug 2026, 15:00 20 baxış
Futbolçularımızın nəhəng klublara transferinə kim MANE OLUR? - VİDEO
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışı futbolda skaut mövzusuna həsr olunub. Verilişdə beynəlxalq dərəcəli futbol funksioneri Rəsul Allahverdiyev ilə skaut mütəxəssislərinin işi, müasir futbolda oyunçu seçimi, Azərbaycan klublarının transfer siyasəti barədə danışılıb.

Dünyanın bir çox ölkəsində çalışan mütəxəssis oyunçu seçən zamanı yaşanan çətinliklərdən, ölkələr arasında fərqlərdən danışıb. "Pəncərəsiz evdə tapdığımız uşaq bu gün "Bavariya"da oynayır", - deyən skaut vurğulayıb ki, Azərbaycan, eləcə də bir çox dünya ölkələrindən olan gənc futbolçuların Avropada parlamalarına məhz valideynləri əngəl olurlar. Podkastda klubların komanda quruculuğunda önəm verdiyi oyunçu tərzləri, yerli futbolçularımızın beynəlxalq arenada çıxış edə bilməməsinin digər səbəbləri qiymətləndirilib. Azərbaycanda skautların rəyinin önəmi, dünya futbolu ilə əsas fərqlər və digər maraqlı məqamlarla bağlı daha ətraflı videoda izləyin:
Mənbə oxu.az

Oxşar Xəbərlər