Kriminal

Amerikalı məşhur aktyor vəfat etdi

02 Aug 2026, 10:45 25 baxış
Amerikalı məşhur aktyor vəfat etdi

"Sopranolar klanı" serialında Salvatore Bonpensyero rolu ilə tanınan Vinsent Pastore 80 yaşında vəfat edib.


Kult.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.


Nəşrin məlumatına görə, avqustun 1-də aktyorun meyitini onun Nyu-Yorkdakı evində dostu Stiven Villano tapıb. Bundan əvvəl Pastore bir neçə gün əlaqəyə çıxmayıb.


Aktyorun ölüm səbəbi hələlik açıqlanmır.


Pastore "Sopranolar klanı"ndan əlavə, "Yaxşı uşaqlar", "Oyanış", "Karlitonun yolu" və "Revolver" filmlərində də çəkilib, həmçinin müxtəlif televiziya layihələrində iştirak edib.

Mənbə axar.az

Oxşar Xəbərlər