Kriminal
Bilgəhdə dənizdə bir nəfər batıb
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km kənarda nəzarətsiz ərazidə bir nəfər batıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Hazırda vətəndaş - 2001-ci il təvəllüdlü Nizami Kərimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Mənbə
oxu.az