Digər

Rusiya "Sirkon"larla Kiyevi vurdu: ölənlər var

01 Aug 2026, 09:24 2 baxış
Rusiya "Sirkon"larla Kiyevi vurdu: ölənlər var

Rusiya ordusu avqustun 1-nə keçən gecə Kiyev şəhəri də daxil olmaqla vilayətin bir sıra bölgələrinə raketlərlə kütləvi zərbə endirib.


Axar.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.


Zərbələr zamanı "Sirkon" hipersəs raketlərindən də istifadə olunduğu bildirilib.


Kiyev Şəhər Hərbi Administrasiyası Rusiya ordusunun hücumları nəticəsində 4 nəfərin öldüyünü və yaralıların sayının 13-ə çatdığını açıqlayıb.


Məlumata əsasən, Solomyanski, Darnitski və Şevçenkovski rayonlarında yaşayış və qeyri-yaşayış binalarında yanğınlar baş verib, raket qalıqları binalara və avtomobillərə düşüb.


Kiyev vilayətinin Buça rayonunda da anbar və yaşayış məntəqələrində yanğın qeydə alınıb. Hücum zamanı şəhərdə onlarla güclü partlayış səsi eşidilib.

Mənbə axar.az

Oxşar Xəbərlər