Digər

Tramp yeni hücum əmri verib, bir neçə gün davam edəcək

01 Aug 2026, 10:10 2 baxış
Tramp yeni hücum əmri verib, bir neçə gün davam edəcək

ABŞ Prezidenti Donald Tramp İranın təslim olmasına nail olmaq üçün yeni hücum əmri verib.


Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb.


Nəşr yazır ki, hücum bu həftənin sonunda başlaya bilər və bir neçə gün davam edəcək.


Bildirilib ki, Tramp dəfələrlə öz ətrafına İranla bağlanmış anlaşma memorandumunun mənasız olmasından şikayətlənib. İran isə Vaşinqtona etibar etmir.


Qəzet qeyd edib ki, Trampın hərbi güc tətbiq etməklə hədələməsi yalnız diplomatik həllin mümkünlüyünə xələl gətirir.


Qeyd edək ki, “CBS Nyus” ABŞ və İsrailin bu həftə sonu İranın enerji infrastrukturuna irimiqyaslı hücumlar etməyə hazırlaşması, neft emalı zavodları və elektrik stansiyalarını hədəf alacağı barədə məlumat yayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər