Digər
Milibend Arakçı ilə danışdı: İranla müharibədə Britaniya...
Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend iranlı həmkarı Abbas Arakçı ilə telefon əlaqəsi saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, Arakçı Milibendə Böyük Britaniya hökumətinin SEPAH-ı terrorçu qrup kimi tanımaq qərarını qınayıb.
Milibend isə öz növbəsində ölkəsinin İranla müharibənin bir hissəsi olmadığını və məsələlərin həlli üçün diplomatiyaya inandıqlarını deyib.
Məlumata görə, Milibend bölgədə gərginliyin azaldılması üçün İranla diplomatik qarşılıqlı fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Mənbə
axar.az