Dünya

"OpenAI" xidmətlərinin aktiv istifadəçilərinin sayı bir milyardı ötüb

01 Aug 2026, 07:02 3 baxış
"OpenAI" xidmətlərinin aktiv istifadəçilərinin sayı bir milyardı ötüb
ABŞ-nin "OpenAI" süni intellekt şirkətinin xidmətlərindən istifadə edən aktiv istifadəçilərin sayı bir milyardı keçib. Şirkətin məhsullarından yararlanan şirkətlərin sayı isə iki milyondan çoxdur. Oxu.Az xəbər verir ki, bu barədə "OpenAI"ın rəsmi saytında yayımlanan press-relizdə bildirilib. "Süni intellekt modellərimiz hazırda bir milyarddan çox aktiv istifadəçini və iki milyondan artıq şirkəti əhatə edir. İnsanlar bu texnologiyaya daha çox etibar etdikcə, ondan istifadə intensivliyi də artır", - deyə sənəddə qeyd olunub. Qeyd edək ki, "OpenAI" 2022-ci ildə istifadəçilərlə dialoq rejimində ünsiyyət qura bilən "ChatGPT" xidmətini təqdim edib. Çatbot dəqiqləşdirici sualları cavablandıra, səhvlərini etiraf edə, yanlış fərziyyələri təkzib edə və uyğun olmayan sorğuları rədd edə bilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər