Dünya

Kliniki ölüm keçirdi, cənnətlə cəhənnəmi "gördü" və zənginləşdi - Amerikalı qadının inanılmaz həyat hekayəsi - FOTO

01 Aug 2026, 05:32 3 baxış
Kliniki ölüm keçirdi, cənnətlə cəhənnəmi "gördü" və zənginləşdi - Amerikalı qadının inanılmaz həyat hekayəsi - FOTO
ABŞ-də yaşayan yaşlı bir qadın klinik ölüm vəziyyətində olarkən cənnət və cəhənnəmi gördüyünü iddia edib. Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. O, bu subyektiv və mistik hisslərin onun dünyagörüşünü dəyişdiyinə və evsizlikdən qurtularaq milyonçu olmasına təsir etdiyinə inanır. Kanzas şəhərindən olan 83 yaşlı Ket bildirir ki, 1967-ci ildə yeddi yaşlı oğlu Markın faciəvi ölümündən sonra uzun illər dini inancından uzaqlaşıb. Lakin təcili cərrahi müdaxilə zamanı o, şüurunun bədənindən ayrıldığını hiss etdiyini bildirib. Qadın, öz fikrincə, ona göndərilən qeyri-adi mesajın maddi rifahını yaxşılaşdırmağa kömək etdiyini düşünür. Ket xatırlayır ki, həkimlər övladını xilas edə bilmədikdə və xəstəxanaya gələn keşiş vəziyyətin ağırlığını təsdiqlədikdə o, inamını itirmişdi. Qadın bir sıra bir sıra çətinliklərdən - müflisləşmə, atasının vəfatı və ağır yol-nəqliyyat hadisəsindən sonra əməliyyat masasına düşüb. O, əməliyyat zamanı qohumlarının dua etdiyini gördüyünü, daha sonra qaranlıq bir tunelə düşdüyünü, orada qeyri-adi bir sakitlik və ardınca dəhşətli bir gurultu hiss etdiyini xəyal etdiyini iddia edir. Ketin sözlərinə görə, o, ruhunun əvvəlcə göylərə qalxdığını, sonra isə qəfildən cəhənnəmə düşdüyünü təsəvvür edib və bu zaman bağışlanmaq üçün dua edərək yenidən inanacağına söz verib. O iddia edir ki, daxili bir səs ona insanları inanca yönəltməyi tapşırıb və bundan sonra o, özünə gəlib. Yaşadığı güclü psixoloji şok və təkrarlanan yuxular onda konsaltinq biznesi açmaq üçün motivasiya yaradıb. Əlli il keçdikdən sonra qadın şəxsi inancının onu bu günə qədər ayaqda saxladığına əmindir. O, ölümün işıq və qaranlıq arasında bir seçim anı olduğunu vurğulayaraq, hər kəsi yaxşı şeylərə inanmağa çağırıb, çünki onun fikrincə, məhz bu inanc ona maddi uğur gətirib.
{{gallery}}
Kliniki ölüm keçirdi, cənnətlə cəhənnəmi "gördü" və zənginləşdi - Amerikalı qadının inanılmaz həyat hekayəsi - FOTO Kliniki ölüm keçirdi, cənnətlə cəhənnəmi "gördü" və zənginləşdi - Amerikalı qadının inanılmaz həyat hekayəsi - FOTO Kliniki ölüm keçirdi, cənnətlə cəhənnəmi "gördü" və zənginləşdi - Amerikalı qadının inanılmaz həyat hekayəsi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər