Dünya
Rumıniyada elektrik enerjisi istehsalının azalması ilə əlaqədar həyəcan vəziyyəti elan olundu
Rumıniya hökuməti elektrik enerjisi istehsalının azalması səbəbindən avqust ayı ərzində ölkə üzrə həyəcan vəziyyəti elan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Agerpres" məlumat yayıb. Nazirlər Kabinetinin iclasının yekunlarına dair çıxış edənbaş nazir İlie Bolojan bildirib ki, qərar quraqlıq və çaylarda su axınının azalması səbəbindən qəbul edilib. Nazirin sözlərinə görə, hazırda Dunayda su sərfi saniyədə 4 min kubmetrdən 1 600 kubmetrə düşüb. "Nəticədə Çernavoda atom elektrik stansiyasının suqəbuledici hovuzunda suyun səviyyəsi azalıb. Bir neçə gün əvvəl stansiyanın birinci enerji blokunun işini dayandırmalı olduq", - deyə Bolojan bildirib. Baş nazir, həmçinin Dunaydan Çernavoda AES-ə su axınının artırılması üçün hidrotexniki işlərin görülməsinə vəsait ayrılması barədə qərar qəbul edildiyini açıqlayıb. O, vətəndaşları və şirkətləri elektrik enerjisi sərfiyyatını könüllü şəkildə azaltmağa, xüsusilə axşam saatlarında daha qənaətli olmağa çağırıb. O bildirib ki, proqnozlara əsasən, qarşıdakı iki həftə ərzində ölkədə ciddi yağıntılar gözlənilmir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər