Dünya
İsveçdə ağlagəlməz hadisə: Yeni işə başlayan əməkdaş 47 saniyə sonra qovuldu
İsveçdə fəaliyyət göstərən tibb müəssisələrindən birinin əməkdaşı ilk iş gününə başladıqdan cəmi 47 saniyə sonra vəzifəsindən kənarlaşdırılıb. Oxu.Az xəbər verir ki, bu qeyri-adi hadisə barədə "Daily Star" nəşri məlumat yayıb. Hadisə İsveçin paytaxtı Stokholmda yerləşən qocalar evinə məxsus tibb mərkəzində qeydə alınıb. İsveç sakini işə qəbul olunmazdan əvvəl rəhbərliyi yad mühitdə güclü stresə məruz qala biləcəyi barədə xəbərdar edib. İlk iş günündə isə o, paltardəyişmə otağının yerini tapa bilməyib və nəticədə onda təşviş yaranıb. İşçi yaranmış vəziyyətlə bağlı rəhbərinə məlumat verib və özünə gəlmək üçün bir neçə dəqiqə vaxt istəyib. Lakin cəmi 47 saniyə davam edən telefon danışığı zamanı menecer onun işdən azad edildiyini bildirib. Qeyd olunur ki, işdən çıxarılan şəxs rəsmi şikayət edib. Əmək müqaviləsinin ləğvi barədə yazılı xəbərdarlıq almayan şəxs işəgötürənlə bağlı müvafiq yoxlamaların aparılmasını tələb edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər