Dünya

CENTCOM: "İranın dəniz blokadasının bərpasında sonra 30 gəminin marşrutunu dəyişdirilib"

01 Aug 2026, 03:48 3 baxış
CENTCOM: "İranın dəniz blokadasının bərpasında sonra 30 gəminin marşrutunu dəyişdirilib"
ABŞ hərbçiləri İran limanlarına qarşı dəniz blokadasının bərpasından sonra 30 ticarət gəmisinin istiqamətini dəyişməyə məcbur edib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. "İyulun 31-nə olan məlumata görə, CENTCOM blokadaya tam riayət olunmasını təmin etmək üçün 30 kommersiya gəmisinin istiqamətini dəyişib, 2 gəmini sıradan çıxarıb və daha 2 gəmini ələ keçirib", - deyə komandanlığın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib. CENTCOM qeyd edib ki, humanitar yardımın çatdırılması məqsədilə təxminən 30 gəminin keçidinə icazə verilib. Məlumata görə, ABŞ-nin Yaxın Şərq regionunda 20-dən çox hərbi gəmisi yerləşir. Qeyd edək ki, ABŞ İranın dəniz blokadasını iyulun 14-də yenidən bərpa edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər