Dünya

Tramp Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təqib oluna biləcəyini istisna etməyib

01 Aug 2026, 02:36 3 baxış
Tramp Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təqib oluna biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən təqib oluna biləcəyini ehtimal edib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri Merilend ştatında yerləşən Kemp-Devid iqamətgahında keçirilən iclasda danışıb. Tramp ABŞ-bib dövlət katibi Marko Rubionun BCM-lə bağlı tənqidlərini şərh edərkən bildirib ki, hazırda onun məhkəmə tərəfindən təqib olunduğuna dair məlumat yoxdur. "Lakin bu, baş verə bilər", - deyə ABŞ prezidenti qeyd edib. O, Rubionun çıxışının özünü müdafiə etməyə deyil, İsrailin Baş naziri Benyamin Netanyahu və digər şəxsləri müdafiə etməyə yönəldiyini bildirib. Öz növbəsində Marko Rubio BCM-i qanunsuz beynəlxalq təşkilat adlandırıb. O, ABŞ hökumətinin iyulun 13-də məhkəməyə qarşı genişmiqyaslı kampaniyaya başladığını bildirib. Qeyd edək ki, ABŞ administrasiyası daha əvvəl də BCM-ə qarşı sanksiyalar tətbiq edib. Donald Tramp 2025-ci il fevralın 6-da məhkəmə əməkdaşlarına qarşı maliyyə və viza məhdudiyyətləri nəzərdə tutan sərəncam imzalayıb. Vaşinqton BCM-i ABŞ və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı qanunsuz addımlar atmaqda ittiham edib. ABŞ, xüsusilə məhkəmənin İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant barəsində həbs qərarları çıxarmasını tənqid edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər