Dünya

ABŞ-nin Kaliforniya ştatında "F-35" yandı - VİDEO

01 Aug 2026, 01:12 3 baxış
ABŞ-nin Kaliforniya ştatında "F-35" yandı - VİDEO
ABŞ-nin Kaliforniya ştatındakı "Miramar" hərbi hava bazasında beşinci nəsil "F-35" qırıcı-bombardmançı təyyarəsi yanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Hadisə yerli vaxtla saat 10 radələrində (Bakı vaxtı ilə 21:00) baş verib. Helikopterdən çəkilmiş kadrlarda yanmış qırıcı və qalın tüstü buludları görünüb. Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib. Qeyd edək ki, bir "F-35" qırıcısının ortalama qiyməti 80 milyon dollardan çoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər