Kriminal

Beyləqanda avtomobil kanala düşdü: ölü və yaralılar var

31 Jul 2026, 23:40 5 baxış
Beyləqanda avtomobil kanala düşdü: ölü və yaralılar var

Beyləqan rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.


"Mersedes" markalı avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı Şəfa Süleyman oğlu Əliyev həlak olub. Xəsarət alan Əlizamin Şəfa oğlu Əliyev, Həsən Əbilqasım oğlu Həsənov və Zəfər Gülmirzə oğlu Məmmədov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma başlanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər