Dünya

Ukrayna Rusiyaya məxsus strateji obyektlərə ZƏRBƏLƏR ENDİRDİ - FOTO - VİDEO

31 Jul 2026, 13:52 22 baxış
Ukrayna Rusiyaya məxsus strateji obyektlərə ZƏRBƏLƏR ENDİRDİ - FOTO - VİDEO
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Müdafiə Qüvvələri ilə birlikdə işğal edilmiş Krım yarımadasının Yevpatoriya şəhərində yerləşən aviasiya zavoduna və Rusiyanın Krasnodar vilayətindəki Taman limanına zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Yevpatoriyada aviasiya texnikasının saxlanılması üçün istifadə edilən iki anqar və aviasiya zavodunun istehsalat sexi vurulub. Bundan başqa, Taman limanı da zərbəyə məruz qalıb. Ərazidə genişmiqyaslı yanğın qeydə alınıb. "Bundan əlavə, Rusiya Federasiyasının ən böyük neft emalı zavodlarından biri olan və ildə təxminən 15 milyon ton neft emalı gücünə malik "Lukoil-Volqoqradneftepererabotka" neft emalı zavodu da vurulub. Zavod benzin, dizel və aviasiya yanacağı istehsal edir", - deyə SBU-nun məlumatında bildirilib. Ukrayna ordusunun Volqoqradda yerləşən "Wildberries" logistika mərkəzinə etdiyi hücum nəticəsində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"Volqoqraddakı logistika obyektimizə edilən hücum səbəbindən yanğın başlayıb. Hazırda hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub", - deyə "Telegram" kanalında yayılan xəbərdə qeyd olunur. İlkin məlumatlara əsasən, işçi heyəti arasında xəsarət alan yoxdur. Şirkətdən o da bildirilib ki, logistik proseslər dərhal yenidən təşkil edilib. Sifarişlərin göndərilməsi və malların qəbulu digər anbarlar vasitəsilə davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər