Dünya

SEPAH ABŞ-nin Əhməd əl-Cabir aviabazasına zərbə endirdi - VİDEO

31 Jul 2026, 10:44 23 baxış
SEPAH ABŞ-nin Əhməd əl-Cabir aviabazasına zərbə endirdi - VİDEO
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdəki hərbi obyektlərinə uğurlu hücum edib. Oxu.Az xəbər verir ki, İranın İRNA informasiya agentliyinin yaydığı rəsmi bəyanata əsasən, hücumun hədəfi strateji önəm daşıyan Əhməd əl-Cabir hərbi hava bazası olub.

Əməliyyatın hərbi pilotsuz uçuş aparatları (PUA) vasitəsilə icra olunduğu qeyd edilir. Hücum nəticəsində qırıcıların saxlanıldığı anqarlara, vacib peyk rabitəsi sistemlərinə və hərbi texnika anbarlarına zərbələr endirilib. SEPAH xüsusi vurğulayıb ki, Əhməd əl-Cabir hava bazası Pentaqonun əsas mərkəzlərindən biri kimi regionda hava dəstəyinin həyata keçirilməsində və ABŞ-nin hərbi-kəşfiyyat fəaliyyətlərində həlledici rola malikdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər