Dünya

Rusiyada model sevgilisini öldürüb cəsədini hissələrə ayırdı: Dəhşətli anlar kamerada - VİDEO

30 Jul 2026, 23:00 2 baxış
Rusiyada model sevgilisini öldürüb cəsədini hissələrə ayırdı: Dəhşətli anlar kamerada - VİDEO
Rusiyanın Moskva vilayətində kişi model sevgilisini öldürdükdən sonra meyitini hissələrə ayırıb. İstintaqın məlumatına görə, o, bir neçə gün ərzində qadının cəsədinin hissələrini torbalarda mənzildən çıxarıb. Oxu.Az "112" "Telegram" kanalına istinadən xəbər verir ki, həmin anlar müşahidə kameraları tərəfindən qeydə alınıb. Kadrlarda şübhəli şəxsin torbalar yüklənmiş əl arabasını sürərək binadan çıxdığı, kameraya baxdıqdan sonra isə ərazini tərk etdiyi görünür. Kanalın məlumatına görə, o, qadının meyitinin hissələrini çanta və torbalara yerləşdirərək bir neçə gün ərzində arabalarla mənzildən çıxarıb.

Videoda həmçinin şübhəlinin iyulun 18-də iti ilə birlikdə binanı tərk etdiyi əks olunub. Məlumata görə, sonradan içərisində insan qalıqları olan çantanın aşkar edilməsində məhz həmin itin rolu olub. İlkin ehtimallara əsasən, görüntülər qətldən sonrakı dövrə aiddir. Bildirilib ki, qadın iyulun 17-də itkin düşüb. Həmin gün o, iti ilə birlikdə evdən çıxıb. Onu sonuncu dəfə birlikdə yaşadığı kişi görüb. İddialara görə, onlar arasında mübahisə baş verib. Modelin itkin düşməsindən sonra şübhəli şəxs Rusiyanı tərk edib. Ehtimal olunur ki, o, hazırda Türkiyədədir. Onun barəsində beynəlxalq axtarış elan edilib. Məlumata görə, qadının maliyyə problemlərinin olduğu da bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər