Dünya

Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı

30 Jul 2026, 20:48 3 baxış
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
Rusiya hökuməti 1 avqust 2026-cı ildən 31 yanvar 2027-ci ilədək benzin, dizel, gəmi yanacağı və qazoylun ixracına müvəqqəti qadağa qoyub. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. İmzalanmış sənədə əsasən, sentyabrın 1-dən etibarən məhdudiyyətlər birbaşa istehsalçılar tərəfindən ixrac olunan dizel və gəmi yanacağına, eləcə də qazoyla şamil edilməyəcək. Bundan əlavə, beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində və humanitar yardım məqsədilə yanacağın ixracına da icazə veriləcək. Qeyd olunub ki, hakimiyyət orqanları daxili bazarda sabitliyi qorumaq məqsədilə daha əvvəl də yanacaq ixracına məhdudiyyətlər tətbiq etmişdi. Neft emalı zavodlarına endirilən zərbələr və topdansatış qiymətlərinin kəskin artması fonunda benzin ixracına qadağa ilk dəfə 2025-ci ildə tətbiq olunmuşdu. 2026-cı ilin yanvar ayının sonunda hökumət birbaşa istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı ləğv etsə də, digər ixracatçılar üçün həmin məhdudiyyət qüvvədə saxlanılmışdı. Aprel ayından etibarən Rusiyada benzinin ixracına tətbiq edilən və müddəti iyulun 31-də başa çatmalı olan qadağa qüvvədədir. Bundan başqa, iyunun 1-dən aviasiya kerosininin, iyulun 8-dən isə dizel yanacağının ixracına da məhdudiyyətlər tətbiq edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər