Dünya

"Wildberries"in anbarı vuruldu: Xəsarət alan var - FOTO - VİDEO

30 Jul 2026, 09:56 18 baxış
"Wildberries"in anbarı vuruldu: Xəsarət alan var - FOTO - VİDEO
Rusiyanın Penza vilayətində yerləşən "Wildberries" şirkətinə məxsus anbar Ukraynaya aid pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. İlkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb və 200-ə yaxın işçi ərazidən təhlükəsiz yerə təxliyə olunub. Oxu.Az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Oleq Melniçenko özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Düşmən PUA-ları tərəfindən "Wildberries" anbarına terror hücumu həyata keçirilib. İlkin məlumatlara əsasən, bir nəfər yaralanıb, təqribən 200 əməkdaş isə təxliyə edilib", - deyə qubernator bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər