Dünya

Tramp Ağ Evdəki görüşdə Zelenskiyə nə dediyini açıqlayıb

30 Jul 2026, 01:42 21 baxış
Tramp Ağ Evdəki görüşdə Zelenskiyə nə dediyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp iyulun 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşü müsbət qiymətləndirib. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb. "Görüş yaxşı keçdi", - deyə Tramp Oval kabinetdə jurnalistlərin Zelenski ilə görüşü qiymətləndirməsi ilə bağlı sualını cavablandırarkən bildirib. "Mən onun müharibəni bitirməsini istəyirəm. Hər şey bu qədər sadədir", - deyə ABŞ prezidenti əlavə edib. Trampın sözlərinə görə, o, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı yola gedir.
Mənbə oxu.az

Oxşar Xəbərlər