Dünya
Ukraynada "F-16" qırıcısı qəzaya uğrayıb
Ukraynada döyüş tapşırığını yerinə yetirən "F-16" qırıcı təyyarəsi ilə əlaqə kəsilib. Oxu.Az bildirir ki, bu barədə "RBK-Ukrayna" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir. "İlkin məlumatlara görə, təyyarənin göyərtəsində fövqəladə vəziyyət yaranıb, pilot katapult etməyə məcbur olub", - deyə Hərbi Hava Qüvvələrindən qeyd edilib. Bildirilir ki, pilot təxliyə edilib və müayinə olunmaq üçün tibb müəssisəsinə çatdırılıb. Təyyarənin düşdüyü yerdə mütəxəssislər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Mülki əhali arasında tələfat və dağıntı qeydə alınmayıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.
Mənbə
oxu.az