Cəmiyyət

Azərbaycanda universitet binasının təmirinə 26 MİLYON MANAT XƏRCLƏNƏCƏK

29 Jul 2026, 17:04 8 baxış
Azərbaycanda universitet binasının təmirinə 26 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2-ci korpusun təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 26 milyon 36 min manat təşkil edir. Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində sözügedən korpusda əsaslı təmir və gücləndirmə işlərinin görülməsi nəzərdə tutulur. Buraya torpaq və qazıntı işləri, hidroizolyasiya, drenaj sisteminin qurulması, dəmir-beton konstruksiyalarının möhkəmləndirilməsi, eləcə də binanın digər əsaslı təmir işləri daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər