Cəmiyyət
ATU-da ürək cihazları yenilənəcək: Bir milyon manatdan çox pul xərclənəcək
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası implantasiya olunan ürək ritm cihazlarının satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 308 min manat təşkil edir. Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində bir və ikikameralı kardiostimulyatorlar (pacemaker), bir, iki və üçkameralı implantasiya olunan kardioverter-defibrilyatorlar (ICD, CRT-D), eləcə də ablasiya prosedurları üçün tibbi cihazların alınması nəzərdə tutulur.
Mənbə
oxu.az
Oxşar Xəbərlər