Dünya

Almaniyada surroqat analıq qalmaqalı: Hakim partiyada gərginlik

29 Jul 2026, 17:00 18 baxış
Almaniyada surroqat analıq qalmaqalı: Hakim partiyada gərginlik
Almaniya kansleri Fridrix Merts partiya daxilindəki qalmaqal səbəbindən böhranla üzləşib. Oxu.Az xəbər verir ki, bununla bağlı "Politico" nəşri məlumat yayıb. Bildirilib ki, onun təmsil olunduğu mühafizəkar Xristian Demokrat İttifaqında (XDİ) artıq iki həftədir ki, etirazlar güclənir. Partiyanın aparıcı simalarından birinin surroqat analıqdan istifadə edərək övlad sahibi olmaq istəyi zəminində yaranan ziddiyyətlər onun kansler postunda çalışdığı dövrün ən ağır böhranına səbəb olub. Bildirilir ki, gərginlik Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı XDİ/XSS fraksiyasına rəhbərlik edən Yens Şpanın Amerika Birləşmiş Ştatlarında surroqat ana vasitəsilə valideyn olmaq qərarından sonra başlayıb. Almaniyada bu cür fəaliyyət qanunsuz sayılır və siyasi blok onun qanuniləşdirilməsinə uzun müddət qarşı çıxıb. Belə bir vəziyyətdə Şpan öz rəhbər postundan getmək məcburiyyətində qalıb. Məqalə müəllifləri bildirirlər ki, indiki mərhələdə Mertsin vəzifədən getməsi müzakirə edilmir. Lakin siyasi ittifaq növbəti seçkilərdə məğlubiyyətlə üzləşəcəyi təqdirdə yaranmış böhranı nəzarətdə saxlamaq daha da mürəkkəbləşəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər