Dünya

ABŞ-nin Arizona ştatında təyyarə qəzaya uğradı: Ölən var - VİDEO

29 Jul 2026, 15:08 16 baxış
ABŞ-nin Arizona ştatında təyyarə qəzaya uğradı: Ölən var - VİDEO
ABŞ-nin Arizona ştatındakı Çandler hava limanının yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Bildirilir ki, qəza iyulun 28-də yerli vaxtla saat 19:50-də qeydə alınıb. Təyyarənin yerə çırpılması barədə "911" xidmətinə məlumat daxil olduqdan sonra yanğınsöndürənlər dərhal hadisə yerinə yollanıblar. Hava gəmisi Makkuin və Kuin-Krik yollarının yaxınlığında aşkar edilib. Göyərtədəki bir nəfərin öldüyü məlum olub. Pilotun kimliyi hələ müəyyənləşdirilməyib. Hüquq-mühafizə orqanları aviasiya insidenti ilə bağlı təhqiqatı davam etdirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər