Cəmiyyət

Ceyranbatan–Maştağa su xətti ilə bağlı açıqlama – Rəsmi

29 Jul 2026, 15:31 20 baxış
Ceyranbatan–Maştağa su xətti ilə bağlı açıqlama – Rəsmi

Ceyranbatan–Maştağa magistral su xəttində aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir.


Bu barədə Axar.az-a Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.


Məlumata görə, xəttin 6-cı kilometrində diametri 1 200 millimetr olan magistral su kəmərinin istismar müddəti başa çatmış 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəz edilib.


Bildirilib ki, təmir işləri fasiləsiz rejimdə həyata keçirilib:


"Hazırda təmir-bərpa işləri başa çatmaq üzrədir. Növbəti mərhələdə magistral xətt yuyulacaq, içməli su ilə doldurulacaq, su müvafiq anbarlara ötürüləcək və daha sonra ərazidaxili şəbəkəyə veriləcək".

Mənbə axar.az

Oxşar Xəbərlər