Digər

ABŞ-dan cavab: İrana bağlı qüvvələrə hücum etdi

29 Jul 2026, 11:33 15 baxış
ABŞ-dan cavab: İrana bağlı qüvvələrə hücum etdi

ABŞ və Səudiyyə Ərəbistanı qüvvələri İraq ərazisində İrana bağlı Həşdi-Şabi qruplaşmasına qarşı birgə dəqiq hava zərbələri endirib.


Axar.az xəbər verir ki, bu haqda ABŞ Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.


İraq mediası və yerli mənbələr bu zərbələrin Kərbəla və Neynəva daxil olmaqla, bir sıra bölgələrdəki hədəflərə endirildiyini bildirib.


Qeyd olunub ki, bu hücumlar son 72 saat ərzində ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının energetika infrastrukturuna qarşı yönəldilmiş 30-dan çox PUA hücumuna cavabdır.

Mənbə axar.az

Oxşar Xəbərlər