Digər

İran ABŞ bazalarına ballistik raketlərlə zərbələr endirdi - Video

29 Jul 2026, 09:28 15 baxış
İran ABŞ bazalarına ballistik raketlərlə zərbələr endirdi - Video

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə qarşı ballistik raketlərlə hücum həyata keçirib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.


Bildirilib ki, hücum ABŞ-ın Şərq sahili vaxtı ilə saat 17:45-də həyata keçirilib.


Məlumata görə, İran tərəfindən buraxılan bütün ballistik raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla zərərsizləşdirilib.


Komandanlıq əlavə edib ki, ABŞ qüvvələri yüksək döyüş hazırlığı vəziyyətini qoruyur.

Mənbə axar.az

Oxşar Xəbərlər