Digər
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Türkiyənin İstanbul şəhərinin Üsküdar rayon bələdiyyəsinin sədri Sinəm Dədədaş saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, rüşvət alma, mənimsəmə və cinayət törətmək məqsədilə qruplaşma yaratmaq iddiaları ilə bağlı istintaq başladılıb. İstintaq çərçivəsində 11 fərqli ünvanda əməliyyat gerçəkləşdirilib. Əməliyyat nəticəsində Üsküdar bələdiyyəsinin sədri Sinem Dədədaş və digər 5 nəfər saxlanılıb.
Mənbə
axar.az