Digər
Ukrayna Ryazanı vurdu: yanğınlar başladı - Video
Səhər saatlarında Rusiyanın Ryazan şəhəri Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, hücum nəticəsində iki ayrı obyektdə genişmiqyaslı yanğın başlayıb.
Hədəf “Wildberries” şirkətinə məxsus çeşidləmə kompleksləri və Ryazandakı neft emalı zavodu olub. Şirkət artıq rəsmi olaraq obyektə girişin məhdudlaşdırıldığını açıqlayıb.
Mənbə
axar.az