Digər
İrandan Omana təklif: Qəbul etməsən, Hörmüz bağlı qalacaq
Oman İranın təklifini qəbul etməsə, Hörmüz boğazı bağlı qalacaq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi çıxış edib.
O qeyd edib ki, Oman boğaza nəzarətin yarı-yarıya təşkil olunmasını təklif edib, lakin İran bunu qəbul etməyib:
"Biz dedik ki, giriş marşrutu tamamilə və çıxış marşrutunun isə bir hissəsi İranın ixtiyarında qalsın. Əgər bunu qəbul etsələr, növbəti mərhələyə keçəcəyik. Biz boğazın cənub marşrutunu rəsmən tanımırıq".
Mənbə
axar.az