Digər

Bu ölkədə Ebola epidemiyası başa çatdı

28 Jul 2026, 18:21 23 baxış
Bu ölkədə Ebola epidemiyası başa çatdı

Uqanda hakimiyyəti may ayında ölkədə aşkarlanan Ebola epidemiyasının bitdiyini elan edib.


Axar.az xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyi X platformasında məlumat yayıb.


Məlumata görə, qərar ölkə daxilində yoluxmuş sonuncu xəstənin iyunun 16-da xəstəxanadan buraxılmasından sonra qəbul edilib.


Qeyd edək ki, Uqandada təsdiqlənmiş 20 yoluxma faktından 15-i Konqo Demokratik Respublikasından ölkəyə daxil olan şəxslərlə bağlı olub.

Mənbə axar.az

Oxşar Xəbərlər