Dünya
Ukraynada ərazi iddiaları ilə bağlı fikirlərə Polşadan rəsmi REAKSİYA
"Polşa Ukrayna torpaqlarını ələ keçirmək niyyətində deyil". Oxu.Az xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Polşanın Ukraynaya qarşı heç bir zaman ərazi iddiaları olmayıb, hazırda yoxdur və bundan sonra da olmayacaq", - deyə XİN-in rəsmi səhifəsində bildirilib. Bu açıqlama rəsmi Varşavanın Rusiya Prezidenti Vladimir Putinin söylədiyi fikirlərə reaksiyasıdır. Rusiya lideri bildirmişdi ki, Ukrayna vaxtilə Polşa, Macarıstan və Rumıniyanın tərkibində olmuş qərb bölgələrini gec-tez itirəcək.
Mənbə
oxu.az