Digər

Makron Türkiyəyə təşəkkür etdi

28 Jul 2026, 14:23 18 baxış
Makron Türkiyəyə təşəkkür etdi

Fransa Prezidenti Emmanuel Makron meşə yanğınlarının söndürülməsində göstərdiyi yardıma görə Türkiyəyə təşəkkür edib.


Axar.az xəbər verir ki, o, bu barədə X səhifəsində yazıb.


“Təşəkkür edirəm, Türkiyə!” – deyə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklının paylaşımını yenidən paylaşıb.


Qeyd edək ki, Türkiyənin iki ədəd yanğınsöndürmə təyyarəsi genişmiqyaslı meşə yanğınlarına qarşı mübarizə üçün Fransaya göndərilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər