Digər
ABŞ-da qasırğa: 30 mindən çox ev işıqsız qaldı
ABŞ-ın Viskonsin ştatında baş verən güclü qasırğa genişmiqyaslı dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Hava Xidməti məlumat yayıb.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Qasırğa səbəbindən 30 mindən çox ev elektriksiz qalıb və elektrik təchizatının tam bərpası bir neçə gün davam edə bilər. Hazırda aidiyyəti qurumlar bölgədə bərpa işləri aparırlar.
Mənbə
axar.az