Dünya

ABŞ Senatı Kleytonun Milli Kəşfiyyatın rəhbəri təyin edilməsini dəstəklədi

28 Jul 2026, 12:50 19 baxış
ABŞ Senatı Kleytonun Milli Kəşfiyyatın rəhbəri təyin edilməsini dəstəklədi
Bazar ertəsi keçirilən prosedur səsverməsi nəticəsində ABŞ Konqresinin Senatı Cey Kleytonun Milli Kəşfiyyatın direktoru postuna namizədliyini dəstəkləyib. Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir. Məlumata görə, 51 senator müzakirələrə son qoyub Kleytonun bu vəzifəyə təsdiqlənməsi ilə bağlı səsvermənin keçirilməsini təklif edib, 43-ü isə bunun əleyhinə olub. Yekun səsvermənin iyulun 29-da keçirilməsi gözlənilir. Xatırladaq ki, iyunun 11-də ABŞ Prezidenti Donald Tramp sabiq Qiymətli Kağızlar və Birjalar Komissiyasının sədri Cey Kleytonu Milli Kəşfiyyatın rəhbəri vəzifəsinə təklif etmişdi. Bu vəzifəni tutan şəxs Birləşmiş Ştatların 18 kəşfiyyat qurumunun işini əlaqələndirir. İyulun 21-də isə Senatın Kəşfiyyat məsələləri üzrə xüsusi komitəsi Konqresin yuxarı palatasına müraciət edərək, Kleytonun bu yüksək posta təsdiqlənməsini məsləhət görmüşdü.
Mənbə oxu.az

Oxşar Xəbərlər