SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Suriya Demokratik Qüvvələri tezliklə tamamilə buraxılacağını və 10 ildən çoxdur nəzarətində saxladığı Suriya ərazilərindən qüvvələrinin çıxarılacağını elan edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı Suriya hökumətinə yaxın mənbəyə istinadla məlumat yayıb.
“Koalisiyanın yüksək vəzifəli nümayəndələrinin dövlət mediası tərəfindən də işıqlandırılacaq mətbuat konfransında Suriya Demokratik Qüvvələrinin buraxıldığını elan edəcəyi ehtimal olunur”, - mənbə bildirib.
Lakin mənbə vurğulayıb ki, son tarix Tel-Abyad və Ras əl-Ayn bölgələrinə köçkün düşmüş kürdlərin geri qaytarılması məsələsi həll olunana qədər təxirə salına bilər:
“Bu məsələ SDQ və yerli hakimiyyət orqanlarının əsas tələbi hesab olunur”.