Digər

Putindən soruşacam: əgər bu doğrudursa... – Tramp

28 Jul 2026, 12:47 18 baxış
Putindən soruşacam: əgər bu doğrudursa... – Tramp

Rusiya Venesuelaya böyük həcmdə hərbi texnika tədarük edib.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.


“Venesuelanın Rusiya istehsalı olan hərbi texnikası var idi. Bu nə ilə nəticələndi? Elə də yaxşı olmadı. Biz Venesueladan milyardlarla dollar gəlir əldə edirik. Eyni hal İranla da baş verəcək”, - o bildirib.


Tramp onu da qeyd edib ki, həmin vəsaitlər Venesuelanın idarə olunmasına yönəldilir:


“Rusiyanın Fars körfəzindəki Amerika bazalarının peyk görüntülərini İranla paylaşmasının doğru olub-olmadığını öyrənəcəyik. Mən bu barədə Putindən soruşacağam. Əgər bu doğrudursa, deməli, əhəmiyyətli bir təsiri olmayıb”.

Mənbə axar.az

Oxşar Xəbərlər