Dünya

Moldovada yanacaq böhranı: 30 günlük "həyəcan rejimi" elan edildi

28 Jul 2026, 12:00 19 baxış
Moldovada yanacaq böhranı: 30 günlük "həyəcan rejimi" elan edildi
Yanacaq təchizatında yaranan fasilələr səbəbindən Moldova Nazirlər Kabineti enerji sektorunda 30 gün müddətinə "həyəcan vəziyyəti" tətbiq edib. Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, müvafiq qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib. Ölkənin baş naziri Vasile Tofan enerji sektorunda ümummilli səviyyədə 30 günlük həyəcan rejiminin elan olunmasını təklif edib. Bu təşəbbüs hökumət nümayəndələri tərəfindən dəstəklənib və qərar "Rəsmi Xəbərnamə"də dərc edildikdən sonra qanuni qüvvəyə minəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər