Dünya

Çində bir gündə iki güclü zəlzələ baş verib

28 Jul 2026, 09:32 16 baxış
Çində bir gündə iki güclü zəlzələ baş verib
Çinin şimal hissəsində yerləşən Tsinxay əyalətində 5.8 və 5.6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Məlumata əsasən, ilk yeraltı təkanın episentri təxminən 1.6 milyon əhalisi olan Sinin şəhərindən 242 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. İkinci zəlzələnin episentri isə eyni şəhərdən 249 km cənub-qərb istiqamətində qeydə alınıb, onun ocağı 15 km dərinlikdə yerləşib. Hər hansı dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər