Dünya

Qərb gəmilərinin Hörmüz boğazından keçid rüsumunu iki ölkə müəyyən edəcək

28 Jul 2026, 10:00 20 baxış
Qərb gəmilərinin Hörmüz boğazından keçid rüsumunu iki ölkə müəyyən edəcək
Hörmüz boğazından istifadə edən Qərb ölkələrinə məxsus gəmilərdən alınacaq ödənişin məbləği İran və Oman tərəfindən müəyyənləşdiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali TASS-a açıqlamasında bildirib. "İran və Oman hazırda bu məsələ ətrafında danışıqlar aparırlar. İslam Respublikasının rəsmiləri və Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, Hörmüz boğazının təhlükəsizliyi və oradan gəmilərin keçid rejimi ilə bağlı qərarları Omanla birgə qəbul edirik", - deyə diplomat vurğulayıb. "Boğazdan keçid xidmətlərinin kompensasiyası və onun dəyəri müzakirələrimizin əsas mövzusudur. Gələcəkdə bu məsələlərlə bağlı müvafiq qərar veriləcək", - səfir əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər