Dünya

ABŞ-də yerin altında "südlə" dolu qədim hovuz aşkar edilib - FOTO

28 Jul 2026, 06:32 2 baxış
ABŞ-də yerin altında "südlə" dolu qədim hovuz aşkar edilib - FOTO
ABŞ-nin Nyu-Meksiko ştatında tədqiqatçılar təxminən 210 metr dərinlikdə yerləşən qədim yeraltı su hövzəsi aşkar ediblər. Alimlərin fikrincə, bu hovuz yüzminlərlə il ərzində insan təsirindən kənarda qalıb. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb. Yazılanlara görə, ilk baxışdan hovuz bulanıq və süd rəngli su ilə dolu təsiri bağışlasa da, əslində, tamamilə şəffafdır. Bu görüntü mağaranın divarlarını və dibini örtən ağ mineral çöküntülərinin yaratdığı optik illüziya nəticəsində yaranır. Tədqiqatçılar hesab edirlər ki, hovuz əhəngdaşı qatlarından süzülən qədim yağış sularının toplanması nəticəsində formalaşıb. Alimlərin xüsusi marağına hovuzun kənarlarında müşahidə olunan strukturlar səbəb olub. Onların insan təsirindən təcrid olunmuş şəraitdə inkişaf etmiş mikroorqanizm koloniyaları ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Bu səbəbdən belə toxunulmamış su hövzələri mikrobioloji həyatın və qədim ekosistemlərin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət daşıyır.
ABŞ-də yerin altında "südlə" dolu qədim hovuz aşkar edilib - FOTO ABŞ-də yerin altında "südlə" dolu qədim hovuz aşkar edilib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər