Dünya
KİV: Fransadakı son 50 ilin ən böyük meşə yanğınları tufana səbəb ola bilər
Fransada davam edən genişmiqyaslı meşə yanğınları o qədər böyük əraziyə yayılıb ki, artıq hava şəraitini formalaşdırmağa başlayıb. Oxu.Az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir. Qeyd olunur ki, yanğın nəticəsində nadir atmosfer hadisəsi olan pirokumulonimbus buludları yaranıb. Bu nəhəng "od buludları" öz küləklərini formalaşdıra, həmçinin "quru ildırımlar" yaradaraq yeni yanğın ocaqlarının meydana gəlməsinə səbəb ola bilər. Belə buludlar yağış gətirmədiyi üçün ildırımlar quru ot örtüyünə düşərək yeni alovlanmalar yaradır. Fransanın cənub-qərbində iyulun sonunda başlayan meşə yanğını son 50 ilin ən böyüyü hesab olunur. Son məlumata görə, alovun əhatə etdiyi ərazi 115 min hektara çatıb. Yanğından zərər çəkən Jironda departamentində 220 mindən çox insan təxliyə edilib. Alov Bordo şəhərinin qərbində yerləşən, "M51" ballistik raketləri üçün yanacaq və raket mühərrikləri istehsal olunan müdafiə və elmi obyektlərə qədər yaxınlaşıb.
Mənbə
oxu.az