Dünya

Niger prezidenti Fransa və Aİ-ni terrorçuluğu maliyyələşdirməkdə ittiham etdi

28 Jul 2026, 02:48 3 baxış
Niger prezidenti Fransa və Aİ-ni terrorçuluğu maliyyələşdirməkdə ittiham etdi
"Fransa və Avropa İttifaqı Afrika ölkələrində fəaliyyət göstərən silahlı qruplaşmaları maliyyələşdirirlər". Oxu.Az xəbər verir ki, Niger Prezidenti Abdurrahman Tçiani "Le Sahel" qəzetinə müsahibəsində bu iddia ilə çıxış edib. "Bunu məhz Fransa maliyyələşdirib və bizim əlimizdə sübutlar var", - deyə o, iyunun 18-də Niameyindəki Amani Diori adına beynəlxalq hava limanına edilən hücumu şərh edərkən bəyan edib. Tçianinin iddiasına görə, hücumda iştirak edən və özünü "Əl-Qaidə"nin tərkib hissəsi kimi qəbul edən "Camaat Nusrət əl-İslam vəl-Müslimin" qruplaşmasının silahlıları Fransa xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, həmçinin onlara rabitə vasitələri təqdim olunub və hücum hədəfləri müəyyən edilib. Niger prezidenti bəyan edib ki, Fransa digər Avropa ölkələrinin dəstəyi ilə hərəkət edir. "Bütün Avropa İttifaqı, bütün Avropa Niger, Mali və Burkina-Fasoda bu müharibələrin aparılması üçün vəsait ayırır və pul yığılmasında iştirak edir", - deyə o bildirib. Tçianinin sözlərinə görə, söhbət məqsədi region üzərində Qərb nəzarətini geri qaytarmaq olan neokolonializmdən gedir.
Mənbə oxu.az

Oxşar Xəbərlər