Dünya

Britaniya Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu açıqlayıb

28 Jul 2026, 01:54 1 baxış
Britaniya Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu açıqlayıb
Böyük Britaniyanın Baş naziri Endi Börnhem Ukraynada sülh sazişi əldə olunacağı təqdirdə hərbçilərinin bu ölkəyə göndərilməsinə hazır olduqlarını bildirib. Oxu.Az xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb. "Atəşkəs nəhayət qüvvəyə mindikdən sonra Ukraynanın uzunmüddətli təhlükəsizliyini möhkəmləndirmək üçün çoxmillətli qüvvələrin yerləşdirilməsinə hazır olacağıq", - deyə Börnhem bildirib. Qeyd edək ki, Böyük Britaniya və Fransanın təşəbbüsü ilə yaradılan "Könüllülər koalisiyası" 2026-cı ilin yanvarında sülh sazişindən sonra Ukraynada hərbi kontingent yerləşdirmək niyyətini əks etdirən bəyannamə imzalayıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər