Digər

İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE

28 Jul 2026, 01:02 3 baxış
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE

İranın arsenalında Ukrayna ərazisinə çata biləcək orta mənzilli ballistik raketlər var və onlardan ən təhlükəlisi "Xorrəmşəhr" (Khorramshahr) raketidir.


Axar.az xəbər verir ki, bu barədə “Defense Express” nəşri yazıb.


Analitiklərin xatırlatdığına görə, İran silah və onların komponentlərinin daşınmasında istifadə edildiyi ehtimal olunan gəmisinə endirilən zərbəyə görə Ukraynanı cavab tədbirləri ilə hədələyib.


"Tehranın bu zərbənin guya “Avropanı müharibəyə cəlb etmək məqsədilə İsrailin göstərişi ilə həyata keçirildiyi” və “cavabsız qalmayacağı” barədə şübhəli bəyanatlarını bir kənara qoysaq, əsas sual İranın Ukraynaya hansı vasitələrlə zərbə endirə biləcəyidir", – deyə analitiklər bildiriblər.


Nəşrin məlumatına görə, İranın arsenalında ölkənin şimal bölgələrindən buraxılacağı təqdirdə Ukrayna şəhərlərinə çata biləcək orta mənzilli ballistik raketlər mövcuddur:


"Məsələn, “Qədr”, “Emad” və “Sejjil” raketlərinin uçuş məsafəsi təxminən 2 000 kilometr qiymətləndirilir. Ən uzaqmənzilli raket isə "Xorrəmşəhr" hesab olunur və onun təxminən 4 000 kilometr məsafəyə uça bildiyi nümayiş etdirilib", – məlumatda qeyd olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər