Dünya
Tramp: "Heç kim mənə Türkiyəyə nə satmalı olduğumuzu deyə bilməz" - VİDEO
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Ankaraya "F-35" qırıcılarının mümkün tədarükünə qarşı etirazlarını rədd edib. Oxu.Az "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, heç kim Vaşinqtona hansı silahı və kimə tədarük edəcəyinə dair göstəriş verə bilməz. "O, mənim dostumdur (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red.) və heç kim mənə nəyi satmalı və ya satmamalı olduğumuzu deməyəcək. Türkiyə mənim üçün möhtəşəm müttəfiq olub", - deyə Tramp qeyd edib.

Mənbə
oxu.az