Dünya

Türkiyədə qalmaqallı "Ahbap" fondu ləğv edilir

27 Jul 2026, 23:36 2 baxış
Türkiyədə qalmaqallı "Ahbap" fondu ləğv edilir
Türkiyənin İstanbul şəhərində məhkəmə "Ahbap" xeyriyyə fonduna kənar idarəçilik təyin edib, təşkilatın bütün daşınmaz əmlakını həmin idarəçiliyin sərəncamına verib və fondun ləğvi prosesinə başlayıb. Oxu.Az xəbər verir ki, məlumatı NTV telekanalı yayıb. İstintaq çərçivəsində keçirilən son əməliyyatlar zamanı daha 13 nəfər saxlanılıb. Ümumilikdə, təxminən 30 şübhəli, o cümlədən fondun təsisçisi, rok musiqiçisi Haluk Levent və bloqer Oğuzhan Uğur barəsində həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, Türkiyənin tanınmış şou-biznes və media nümayəndələri də prokurorluğa ifadə verməyə çağırılıb. Onların arasında aktrisa Elçin Sangu, müğənnilər Mahsun Kırmızıgül, Gülben Ergen, Hayko Cepkin və jurnalist Uğur Dündar da var. İstintaq fond rəhbərliyini toplanan ianələri şəxsi hesablara köçürməkdə və həmin vəsait hesabına aktivlər almaqda şübhəli bilir. "Yeni Şafak" qəzetinin məlumatına görə, mənimsənildiyi iddia olunan və müxtəlif şəxslərin adına rəsmiləşdirilən aktivlərin dəyəri təxminən 60 milyon ABŞ dolları təşkil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər