Dünya

Tramp: "Putindən İrana peyk təsvirləri göndərib-göndərmədiyini soruşacağam"

28 Jul 2026, 00:00 2 baxış
Tramp: "Putindən İrana peyk təsvirləri göndərib-göndərmədiyini soruşacağam"
ABŞ Prezidenti Donald Tramp Rusiyanın İrana peyk təsvirləri ötürməsi barədə məlumatlarla bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışmaq istədiyini bəyan edib. Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir. "Putindən İrana peyk təsvirləri göndərib-göndərmədiyini soruşacağam", - deyə o vəd edib. Tramp, həmçinin qeyd edib ki, söhbətdə Rusiyanın İrana kömək etməsi ilə bağlı ehtimallardan da bəhs olunacaq. Lakin ABŞ lideri əlavə edib ki, Rusiya İranı peyk məlumatları ilə təmin etmiş olsa belə, bu, Tehrana kömək etməyib. O, belə bir köməyin göstərilməsi faktının özünə şübhə ilə yanaşdığını bildirib. "Düşünmürəm ki, Rusiya İrana peyk şəkilləri göndərib", - deyə Ağ Ev rəhbəri əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər