Digər
Ukrayna PUA-larının müdafiəsini gücləndirmək üçün... - Börnhem
Niyyətlərimizin təsdiqi olaraq bu gün elan edə bilərəm ki, daha bir addım irəli atırıq. Ukrayna pilotsuz uçuş aparatlarının müdafiəsini gücləndirmək məqsədilə Ukraynaya yerli elektron mühafizə texnologiyaları təqdim edirik.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə deyib.
“Bu, hədəflərin daha dəqiq vurulmasına və ukraynalıların həyatının xilas edilməsinə kömək edəcək. Eyni zamanda, bu addım sənayelərimizin birgə əməkdaşlıq nəticəsində hansı innovativ həllər yarada bildiyini nümayiş etdirir”, - Börnhem qeyd edib.
Mənbə
axar.az